Türkiyə

“Beşiktaş”ın baş məşqçisi istefa verdi

“Beşiktaş” baş məşqçisiz qalıb.

Aut.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şenol Güneş tutduğu postdan ayrılmaq qərarı verib.

Konfrans Liqasının qrup mərhələsinin ikinci turunda “Luqano”ya 2:3 hesablı məğlubiyyətdən sonra təcrübəli mütəxəssislə rəhbərlik arasında görüş baş tutub.

Bundan sonra isə Güneş klubdan ayrılmaq qərarını qətiləşdirib.