“Beşiktaş” onu heyətdən uzaqlaşdırıb
İngiltərə millisinin sabiq futbolçusu Dele Alli karyerasında çətin anlar yaşayır.
Yayda “Everton”dan icarə əsasında “Beşiktaş”a keçən Allinin Türkiyədə də işləri qaydasında getmir.
Baxmayaraq ki, o, İstanbul klubunda karyerasına yaxşı başlamışdı. Artıq ikinci oyunda ilk qolunu vurmuşdu. 26 yaşlı futbolçu “Beşiktaş”ın heyətində 15 oyuna çıxıb.
Lakin ötən ay “Antalyaspor”la oyunda fasilədə əvəzləndikdən sonra meydana çıxmayıb. Bundan sonra “Tottenhem”in sabiq futbolçusu komandanın iştirak ərizəsinə də salınmayıb.
Türkiyənin “Takvim” nəşri xəbər yayıb ki, “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş Allini mövsümün sonuna qədər heyətdən uzaqlaşdırıb.

Aut.az
