İtaliya

Ayda 10 milyon zərər: Yaxın vaxtlarda…  

Amerika fondu yaxın vaxtlarda “İnter”in sahibi ola bilər.

Aut.az xəbər verir ki, bu barədə “Il Giornale” məlumat yayıb. Bildirilir ki, “Goldman Sachs and Raine Group”un investisiya bankları uzun müddətdir ki, “Suning Holdings Group”a hər ay 10 milyon avro zərər vuran Milan klubunu idarə etmək üçün alıcı və ya ən azı ortaq axtarır.

İddia olunur ki, klubun və ya onun bir hissəsinin satışı ilə bağlı vəziyyət iki həftə ərzində aydınlaşa bilər, çünki işə qarışmağa hazır olan Amerika investisiya fondu var. İlkin danışıqlar uğurla nəticələnərsə, müqavilə yayda yekunlaşacaq.

“İnter”in sahibi Steven Can əvvəlcə klubu 1 milyard avro dəyərində qiymətləndirdi, lakin “Milan” “RedBird Capital Partners” tərəfindən satın alındıqdan sonra o, bu məbləği 1,2 milyard avroya qaldırdı.