Dünya futbolu

400 milyonluq maddə

“Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, Kataloniya təmsilçisi 18 yaşlı hücumameyilli yarımmüdafiəçi Anxel Alarkon ilə peşəkar müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Espanyol”un yetirməsi olan Anxel 2018-ci ildən “Barselona”dadır. O, bu mövsüm əsas komanda ilə 1 oyuna çıxıb.

Alarkonun sərbəstqalma məbləği 400 milyon avro müəyyənləşdirilib.