Hər şeyin sonu çatır: Qalmaqallı futbolçu paylaşım etdi
Moskva “Spartak”ının keçmiş hücumçusu Kvinsi Promes sosial şəbəkədə latın dilində “Hər şey sona çatır” yazılmış paylaşım edib.
Aut.az xəbər verir ki, iyulun 1-də Moskva “Spartak”ının mətbuat xidməti Promesin klubu tərk etdiyini açıqlayıb. Eyni zamanda, Moskva komandası futbolçu ilə əməkdaşlığın bərpasına ümid etdiyini də bildirib.
Bundan əvvəl, mayın 17-də niderlandlı futbolçu Dubayda həbsdən azad edilib. Azadlığa çıxmasına baxmayaraq, ona Birləşmiş Ərəb Əmirliklərini tərk etmək qadağan edilib. Promes öz ölkəsinə ekstradisiya işinə baxılana kimi sərbəst buraxılıb. Promesin saxlanmasına səbəb onun BƏƏ-də qəza törətməsi və hadisə yerini tərk etməsi olub.
32 yaşlı futbolçu Niderlandda narkotik işinə və adam bıçaqlamağa görə həbs cəzasına məhkum edilib.
Aut.az
