Dünya futbolu

Messi sosial media haqda: Bəzən kimisə izləməkdən çıxmaq istəyirəm

“İnter Mayami” və Argentina millisinin hücumçusu Lionel Messi sosial media haqda fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, Messi sosial mediada futboldan kənar mövzularda müzakirə olunmaq istəmədiyini bildirib.

“Bəzən kimisə izləməkdən çıxmaq istəyirəm, amma bunu etmirəm, çünki bunun nəyə gətirib çıxara biləcəyini bilirəm… Bütün bu cəfəngiyatın nəticələri var.

Bu mənada, məni ən çox narahat edən də elə budur. Futbol oynamaqdan başqa heç bir kontekstdə müzakirə olunmağı xoşlamıram”, – Messi bildirib.

Aut.az