Dünya futbolu

Qadın futbolu haqda qalmaqallı açıqlama verən prezidentə bu cəza verildi

Ukraynanın “İnqulets” klubunun prezidenti Aleksandr Povoroznyuk qadın futbolu ilə bağlı qalmaqallı açıqlamalarına görə cəzalandırılıb.

Aut.az xəbər verir ki, bu barədə “TaToTake” məlumat yayıb.

Mart ayında Povoroznyuk qadın futbolu ilə bağlı nalayiq açıqlamalar vermişdi.

O , özünün YouTube kanalında “Qadın futbolunu başa düşmürəm və başa düşmək də istəmirəm. Orada gözəl qızlardan başqa futbol görmürəm. Gözəl qızlarla başqa iş görmək lazımdır” demişdi.

Ukrayna Futbol Assosiasiyasının Nəzarət və İntizam Komitəsi prezidenti seksist davranışa görə 200 min qrivna cərimələyib.

Bundan əlavə, Povoroznyukdan öz klubuna futbolda ayrı-seçkiliyin yolverilməzliyi ilə bağlı mühazirə oxuması tələb olunub.

Aut.az