Dünya futbolu

Braziliya millisi ilə titul qazanmışdı, indi görün harada oynayır

Braziliya millisinin və “Arsenal”ın sabiq müdafiəçisi Andre Santos Bryansk vilayətinin çempionatında “Sokol-Seltso” komandasının heyətində çıxış edib.

Aut.az xəbər verir ki, “Sokol-Seltso” “Avanqard”ı məğlub edib – 3:0. 41 yaşlı braziliyalı komandanın start heyətində yer alıb.

Santos 2018-ci ildə təqaüdə çıxıb. O, son olaraq ölkəsinin  “Figueirense” klubunda forma geyinib. Müdafiəçi əvvəllər “Arsenal”dan başqa, “Flamenqo”, “Atletiko Mineyro”, “Korintians”, “Fənərbağça” və “Qremio” kimi klublarda çıxış edib.

Santos Braziliya millisində 24 oyun keçirib. 2009-cu ildə yığma ilə Konfederasiyalar Kubokunun qalibi olub.

Aut.az