Olimpiada tarixində rekord: Hələ bu qədər bilet satılmamışdı
Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına rekord sayda bilet satılıb.
Aut.az xəbər verir ki, bu baərəd Beynəlxalq Olimpiya Komitəsinin (BOK) idman direktoru Keyth MAkkonnell mətbuat konfransında məlumat vetib. “8,8 milyondan çox bilet satılıb – inanılmaz rəqəmdir. Bu, idman yarışları üçün ən yüksək göstəricidir”, – deyə BOK rəsmisi bildirib.
Bundan əvvəl rekord 1996-cı ildə Atlantada keçirilən Olimpiadaya aid idi – 8,3 milyon bilet.
Xatırladaq ki, Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Aut.az
