Ukrayna yığmasında Belçika ilə Rumıniya bayraqları səhv salındı, ara qarışdı – FOTO
Futbol üzrə Ukrayna millisi Rumıniya yığması ilə Avro-2024-ün ilk oyunu öncəsi pis vəziyyətə düşüb.
Oyun bu gün, iyunun 17-də Münhendəki “Allianz Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Ukrayna milli komandasının sosial şəbəkələrində Rumıniya bayrağının əvəzinə Belçika bayrağının təsvir olunduğu oyun forması peyda olub. Bundan sonra azarkeşlərin sərt tənqidi başlayıb. Bir müddət sonra bu səhv aradan qaldırılıb.
Ukrayna millisinin mətbuat attaşesi Aleksandr Qlivinski vəziyyətə aydınlıq gətirib: “Formanın üzərində hər şey düzgün çap olunub. Bu sadəcə işığın ötürülməsidir. Şəkil parlaq işığın olmadığı oyunöncəsi görüşdə çəkilib. Sepi effekti belə yaranıb. Ukraynada biz bütün ölkələrin bayraqlarının rənglərini çox yaxşı bilirik”.

Aut.az
