Dünya futbolu

O, mənim böyük qardaşımdır, bu təyinata sevinərəm – Benzema Zidan haqda

“Əl-Hilal”ın hücumçusu Kərim Benzema Zinəddin Zidanın Fransa millisinin baş məşqçisi təyinatı ilə bağlı açıqlama verib.

Daha əvvəl mütəxəssisin 28 iyulda təqdimatının keçiriləcəyi bildirilib.

Aut.az xəbər verir ki, “L’Equipe” qəzeti Benzemadan sitat gətirib:

“O, əfsanədir və mənim böyük qardaşımdır. Onun Fransa millisinin baş məşqçisi olacağına sevinirəmmi? Onun həqiqətən təyin olunub-olunmayacağını bilmirəm, amma əgər təyin olunarsa, çox sevinərəm”.

Benzema ” Real Madrid”də Zidanın rəhbərliyi altında oynayıb.

Aut.az