Dünya çempionatı: Ömər Salmanov bürünc medal uğrunda görüşə çıxacaq
Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.
Aut.az xəbər verir ki, 48 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Rusiya təmsilçisi Sultan Yusupova uduzaraq (1:3) finala yüksələ bilməyib.
Bununla belə, idmançı sabah bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.
Xatırladaq ki, Ö.Salmanov 1/8 finalda Avinaş Çetakeyə (Hindistan), 1/4 finalda isə Ali Mortaza Esmaeiliyə (İran) qalib gəlib.
