Dünya çempionatı: İsfahan Həsənov ikinci görüşündə də qələbə qazandı
Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda keçirilən U-17 dünya çempionatındakı ikinci görüşündə qələbə qazanıb.
Aut.az xəbər verir ki, 80 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda polşalı Şimon Trederi üstələyib.
Görüş 1:1 hesabı ilə bitsə də, Azərbaycan idmançısı sonuncu xal prinsipinə əsasən qalib elan edilib.
İ.Həsənov daha əvvəl təsnifat mərhələsində xorvatiyalı Toma Yelençi 6:0 hesabı ilə üstələmişdi.
