Azərbaycan futbolu

Konfrans Liqası: “Zirə” 2 yerli oyunçunu 2 legionerlə əvəzlədi

“Zirə”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi üçün UEFA-ya təqdim etdiyi iştirak ərizəsində iki dəyişilik edilib.

Aut.az xəbər verir ki, qəsəbə təmsilçisi iki yerli futbolçunun – Hacıağa Hacılı və Namik Ələskərovun adını iştirak ərizəsindən çıxarıb. Əvəzində “qartallar” iki yeni transferin adını Konfrans Liqası üçün siyahıya əlavə edib. Söhbət yarımmüdafiəçi Dameyn Smit və hücum mövqeyinə nəzərdə tutulan Lue Bayere Juniordan gedir. Hər iki legionerin adı artıq UEFA-ya göndərilən iştirak ərizəsində yer alır.

“Zirə” iyulun 30-da UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Payde” ilə Sumqayıtda qarşılaşacaq. İlk oyunda Estoniya təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.