Dünya futbolu

Cüneyt Çakır ruslara işləyəcək – Rəsmi  

Keçmiş türkiyəli hakim Cüneyt Çakır Pari Liqası hakimlərinin işinə və Rusiya Futbol İttifaqının gənc hakimlərin inkişaf proqramına nəzarət edəcək.

Aut.az xəbər verir ki, bu barədə RFU mətbuat xidməti rəsmi olaraq məlumat verib.

“Cüneyt Çakırın RFU-dakı işinin əsas sahələri hakimlərin təlimi, qiymətləndirilməsi, mentorluğu və vəzifə yüksəlişi üçün vahid sistemin formalaşdırılması, eləcə də onların peşəkar, fiziki və psixoloji inkişafı üçün fərdi planların hazırlanması olacaq.

Birinci Liqa və Leon-İkinci Liqada o, hakimlik fəaliyyətinin idarə olunması, matçların təyin edilməsi və təhlili, təlimlərin keçirilməsi, perspektivli hakimlərin müəyyən edilməsi və onların gələcək inkişafının dəstəklənməsi ilə məşğul olacaq”, – deyə RFU-nun rəsmi saytında dərc olunmuş açıqlamada bildirilir.

Aut.az