Dünya çempionatı: Orxan Həbibli yarımfinalda
Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli Bakıda keçirilən U-17 dünya çempionatında yarımfinala yüksəlib.
Aut.az xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda özbəkistanlı Sardor Mahmudovu 9:0 hesabı ilə məğlub edib.
O.Həbibli təsnifat mərhələsində çexiyalı Qaspar Sançezi (8:0), 1/8 finalda isə rumıniyalı Qabriel Lunqunu (18:9) üstələmişdi.
