“Yunayted” ona görə 50 milyon verir, klubu 80 milyon istəyir
“Mançester Yunayted” “Bornmut”un yarımmüdafiəçisi Aleks Skottla maraqlanır.
Aut.az xəbər verir ki, “qırmızı şeytanlar” ingilis futbolçu üçün 40 milyon funt sterlinq (47 milyon avro) təklif etməyə hazırdır, lakin “albalılar” 22 yaşlı futbolçunu 70 milyon funt sterlinqdən (82 milyon avro) çox qiymətləndirirlər.
Bu barədə “Mirror” qəzeti məlumat yayıb.
Mənbənin məlumatına görə, “Mançester Yunayted” “Bornmut”un təklif etdiyi qiymətin çox yüksək olduğunu düşünür və alternativləri araşdırır. “Arsenal”ın da yarımmüdafiəçini potensial hədəf hesab etdiyi bildirilir.
Ötən mövsüm Skott bütün yarışlarda 39 oyun keçirib, dörd qol vurub və bir məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ci ilin yayına qədərdir.
“Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.
Aut.az
