Digər

Azərbaycan kanoeçisi Avropa ikincisi oldu

Macarıstanın Seqed şəhərində keçirilən kayak və kanoe üzrə gənclər və 23 yaşadək avarçəkənlər arasında Avropa çempionatında Azərbaycan təmsilçisi Tatyana Smilovenko uğurlu nəticə göstərib.

Aut.az xəbər verir ki, milli üzvü 500 metr məsafədə birnəfərlik kanoe qayığında mükafatçılar sırasına düşüb.

Smilovenko həlledici mərhələ olan A finalında finiş xəttini 2-ci keçərək gümüş medala sahib olub.

Xatırladaq ki, bu, idmançının Azərbaycan millisinin tərkibində qitə çempionatında qazandığı ikinci medaldır. O, ötən il Rumıniyanın Piteşti şəhərində təşkil olunmuş 23 yaşa qədər idmançılar arasında Avropa çempionatında 3-cü yeri tutub.