Digər

Ən yaxşı 5 snukerçi – Sabiq dünya çempionunun versiyası  

2023-cü ildə dünya çempionu olan belçikalı Luka Bresel dünyanın ən yaxşı beş snuker oyunçusunu seçib.

Aut.az xəbər verir ki, o, “Metro.co.uk” saytına verdiyi şərhdə o, Ronni  O’Sullivan və Cudd Trumpı xüsusi qeyd edib..

“Birindən başlayacağam. Əlbəttə ki, Ronni O’Sullivan. Bu, asan seçimdir. Sonra isə çətinləşir. Düşünürəm ki, ikinci seçim Cudd Trump, Mark Selbi və Con Hiqqins arasındadır.

Mən yəqin ki, Caddı ikinci yerə qoyardım. Cadd kimi oyunçuları ikinci yerə qoymaq çətindir, çünki o, hələ çox gəncdir, amma açıq-aydın Stiv Devisdən, Hendridən və ya onun kimi hər kəsdən daha yaxşıdır. Bu, göz qabağındadır.

Deməli, Cudd 2-ci, Hiqqins 3-cü, Selbi 4-cü və sonra… deyərdim ki, Hendri 5-cidir”, – Bresel bildirib.

Aut.az