Digər

Messinin necə insan olduğunu görəndə, özündən utanıb

Reper Anuel AA Lionel Messinin autizmli olduğunu bildirib.

Aut.az xəbər verir ki, puerto-rikolu müğənni və “Billboard” mükafatı laureatı autizm haqqında podkastda “İnter Mayami”nin futbolçusu haqda danışıb.

Müsahibə Autizm Maarifləndirmə Ayı olan aprel ayında alınıb,  lakin jurnalist Tony Hernandes Pumarejo bunu yalnız indi dərc edib.

“Sadəcə Messiyə baxın. Messi autizmlidir və o, dünyanın ən güclü adamıdır. Ona görə də autizmi xəstəlik hesab etmirəm.

Messini tanımırdım, amma sonra onunla üç dəfə vaxt keçirdim və onun təvazökar bir insan olduğunu gördüm. Bu yolla onun necə gözəl insan olduğunu biləcəksiniz. Messinin necə insan olduğunu görəndə özündən utanırsan. O vaxtdan bəri daha yaxşı insan olmağa çalışmışam”, – deyə reper bildirib.

Qeyd edək ki, karyerası ərzində “Barselona” və PSJ-də çıxış edən Messinin autizm xəstəliyi ilə bağlı rəsmi məlumat yoxdur.

Aut.az