Şakira oxuyur, Usik rəqs edir – VİDEO
2026-cı il Dünya Kubokunun İspaniya və Argentina arasında keçirilən finalı Nyu-Yorkda bir çox beynəlxalq məşhurları bir araya gətirdi.
Aut.az xəbər verir ki, həlledici matçın fəxri qonaqları arasında həyat yoldaşı Katerina ilə birlikdə stadiona gələn məşhur boksçu Aleksandr Usik də olub.
Start fitindən əvvəl belə, ukraynalı boksçu azarkeşlərin ən parlaq ulduzlarından birinə çevrilib. Katerina Usik, Aleksandrın Şakiranın hitlərindən birinin sədaları altında inanılmaz enerji ilə rəqs etdiyi və hər kəsə pozitivlik qatdığı bir video paylaşıb.
Video tez bir zamanda sosial mediada yayılıb və fanatlar bir daha ukraynalı çempionun xarizmasını qeyd ediblər.
Aut.az
