Dünya futbolu

Nara DÇ-2026-nın finalında bəd xəbər aldı – Stadionu dərhal tərk etdi

“Qalatasaray”ın hücumçusu Mauro İkardinin keçmiş həyat yoldaşı Vanda Naranın başına iş gəlib.

Aut.az xəbər verir ki, Vanda İspaniya və Argentina arasında keçirilən 2026-cı il Dünya Kubokunun finalını izləmək üçün Nyu-Yorka gedib. Oyun zamanı ona İtaliyadakı evinin qarət olunduğu bildirilib.

Nara sosial şəbəkədə bildirib ki, stadionda olarkən Milandakı bağ evinə üç kişinin girdiyi xəbərini alıb. O, oyun bitməmiş stadionu tərk edib.

“Bir brend üçün final üzərində işləyərkən Milandakı bağ evimə üç nəfər girdi. Uşaqlarım çox qorxsalar da, yaxşıdırlar. Onlarla birlikdə olan anamın məsləhəti ilə stadiondan erkən ayrıldım.

Hazırda evimdə olan və uşaqlara baxan polisə təşəkkür edirəm. Maksi Lopes (Naranın keçmiş əri) və mən ən qısa zamanda geri qayıtmaq üçün təyyarə biletləri axtarırıq. Və oğurlanmış bütün ailə sənədlərini geri qaytaracağıq”, – Nara yazıb.

Qeyd etmək lazımdır ki, Naranın böyük uşaqlarının atası olan Lopes, həmçinin ABŞ-da “Telefe” televiziya kanalında çalışır.

Aut.az