Dünya futboluDünya cempionatı

FİFA onun “qırmızı”sını ləğv etdi

FİFA Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredesin 2026-cı il Dünya Kubokunun finalında İspaniya ilə oyunda (0-1) dava etdiyinə görə aldığı qırmız vərəqəni ləğv etmək qərarına gəlib.

Aut.az xəbər verir ki, “BBC Sport” jurnalisti Deyl Conson bu barədə sosial media platformasında bildirib. O, oyunçuya qarşı heç bir intizam tədbiri görülməyəcəyini iddia edib.

Xatırladaq ki, Argentina və İspaniya arasında keçirilən matçda final fitindən sonra meydanda dava düşmüşdü. Argentinalı müdafiəçi  Molina İspaniyanın kapitanı Rodrinin yanından qaçarkən onun sinəsinə yumruq vurmuşdu. İkisi arasında mübahisə baş vermiş və argentinalı yarımmüdafiəçi Leandro Paredes də daxil olmaqla digər oyunçular da buna qoşulmuşdu.

Aut.az