Junior “Zirə”də
“Zirə” yeni futbolçu ilə anlaşıb.
Aut.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
“Qartallar” Lue Bayere Junioru heyətinə qatıb. Fil Dişi Sahilindən olan hücumçu ilə 2 illik müqavilə bağlanıb.
25 yaşlı futbolçu daha əvvəl İsveçin “Hammarbü”, “Frey”, Serbiyanın “Jelezniçar”, “Yvor” və Türkiyənin “Göztəpə” klublarında çıxış edib.
