“Sabah”ın rəqibi Bakıya gəlməmişdən əvvəl qazandı
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Sabah”ın rəqibi olan KuPS Finlandiya çempionatında 16-cı turun matçına çıxıb.
Aut.az xəbər verir ki, “bayquşlar”ın rəqibi SJK klubunun qonağı olub.
KuPS bu oyunda rəqibinə 2:0 qalib gəlib.
SJK – KuPS 0:2
Qollar:Moreno 24, Lutumba 32
KuPS 33 xalla turnir cədvəlinə liderlik edir.
Xatırladaq ki, “Sabah” – KuPS görüşü iyulun 21-də Bank Respublika Arenada keçiriləcək və görüşə 20:00-da start veriləcək.
Cavab oyunu isə bir həftədən sonra Finlandiyada baş tutacaq.
