Dünya cempionatıDünya futbolu

Dəli olubsan? – Di Mariya final oyununa getməyəcək

Argentina millisinin keçmiş futbolçusu Anxel Di Mariya İspaniya ilə keçiriləcək 2026-cı il Dünya Kubokunun final oyununa baxmaq niyyətində olmadığını açıqlayıb.

Aut.az xəbər verir ki, “Tyc Sports” Di Mariyanın sözlərini sitat gətirib:

“Finala gedəcəm? Xeyr, dəli olubsan? Mən getməyəcəyəm. Evdə qalıb televizorda baxacağam. Uşaqlar ilk matçdan bəri onları dəstəklədiyimi çox yaxşı bilirlər”, – deyə Di Mariya deyib.

İspaniya və Argentina arasında final 19 iyul bazar günü keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Aut.az