Azərbaycan futbolu

“Qarabağ” və “Neftçi” arasında ilk oyunun vaxtı məlum oldu

2026/2027 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında “Qarabağ” və “Neftçi” arasında gerçəkləşəcək ilk oyun 8-ci tura təsadüf edəcək.

Aut.az xəbər verir ki, bu, turnirin püşkatmasından sonra məlum olub.

Sözügedən turda Ağdam təmsilçisi meydan sahibi olacaq.

Premyer Liqaya avqustun 14-də start veriləcək.