Azərbaycan futbolu

“Dinamo”dan inamlı qələbə

Azərbaycan II Liqasında XVI tura yekun vurulub.

Aut.az xəbər verir ki, turun son günündə bir oyun baş tutub.

Bağlanış matçında “Dinamo” ilə “Şirvan” üz-üzə gəliblər. Binədə baş tutan oyunda bakılılar qalib gəliblər. Hesabı bölgə təmsilçisi açsa da, meydan sahibləri əzmkar qələbə qazanaraq “Şirvan”la xal fərqini 7-yə endirib.

Qeyd edək ki, turun digər oyunlarında “Qaradağ Lökbatan” “Şəmkir”i 4:0, “Xankəndi” “Araz Saatlı”nı 2:1, “Ağdaş” “Şəki Siti”ni 4:1 hesabı ilə üstələyib. “Quba” – “Kür-Araz” (0:0) və “Ağstafa Gəncləri” – “Göygöl” (1:1) qarşılaşmalarında isə qalib müəyyənləşməyib.

Azərbaycan II Liqası
XVI tur
4 mart

“Dinamo” – “Şirvan” 3:1
Qollar: 
V.Seyidov, 33-pen. Ə.Abbasov, 54. Y.Qarayev, 90+1 – Ü.Quliyev, 16.