Tofiq Bəhramov adına stadion sökülür – “Qarabağ” hara üz tutacaq?
Yaxın günlərdə Tofiq Bəhramov adına Respublika Stadionunda əsaslı təmir işlərinə başlanacaq.
Aut.az xəbər verir ki, “Sabah” –“Beşiktaş” oyunundan sonra stadionun bağlanacağı gözlənilir. Arenada əsaslı təmir işləri aparılacaq – qazon yenidən salınacaq, kabellər dəyişdiriləcək, paltardəyişmə və köməkçi otaqlar təmir olunacaq.
Rəhbərlik əsaslı təmir işlərini sürətlə həyata keçirməyi planlaşdırsa da, arenanın avrokubokların startına qədər hazır olacağı gözlənilmir.
Böyük ehtimalla, “Qarabağ” avrokubokların ilk mərhələlərində stadionun xidmətindən yararlana bilməyəcək. Buna görə də “atlar” başqa stadiona üz tutmalı olacaqlar.
Güman ki, stadionda işlər avqustun sonuna qədər yekunlaşacaq.
Aut.az
