Döyüşsək, onun dalını dağıdacam – Gürcü erməni haqda
Keçmiş UFC çempionu İlya Topuriya Arman Tsarukyanla mümkün döyüş barədə danışıb.
Aut.az xəbər verir ki, Topuriya belə bir döyüşün təşkilində heç bir problem görmədiyini və qələbəsinə əmin olduğunu bildirib.
“Niyə mənimlə Tsarukyan arasında döyüş təşkil etmədilər? UFC-yə gəlib “Mən bu oğlanla döyüşmək istəyirəm” demirsən. Sənə zəng edir və ya görüş təyin edirlər. Sənə ad və yer verirlər və sən nə etməli olduğunu düşünürsənsə, onu edirsən. Əgər mənə Armanla döyüşməyimi desələr, heç bir problem olmaz.
Mən bu idman növünün əfsanələri ilə müxtəlif üslublarda döyüşmüşəm. Arman yaxşı döyüşçüdür, amma mən onun dalını dağıdacam, onunla istədiyim hər şeyi edəcəyən. 20 yaşımdan bəri qara kəmər sahibiyəm. O, mənə nə edəcək? Məni yerə yıxmağa çalışacaq? Əgər döyüşsək, o, mənim bacarığımı və gücümü hiss edəcək. Təslim olacaq. O, yetkinlik yaşına çatmamış bir uşaqdır”, – Topuriya “AIF Global” “YouTube” kanalına verdiyi müsahibədə bildirib.
Aut.az
