Dünya futboluİspaniya

Obameyanq Fransadan ayrılır, bu ölkəyə gedir

Hücumçu Pyer- Emerik Obameyanq yaxın gələcəkdə “Marsel”dən ayrılacaq.

Aut.az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.

Fransa klubunun baş məşqçisi Bruno Genesio 37 yaşlı hücumçunu saxlamaq istəyir. Lakin “Marsel” maliyyə çətinlikləri səbəbindən maaş xərclərini azaltmalıdır.

Obameyanq La Liqaya qayıdan İspaniyanın “Deportivo” klubuna keçməyə yaxındır. Transfer məbləği təxminən 1,5 milyon avro olaraq qiymətləndirilir.

Müqavilənin yaxın günlərdə bağlanması gözlənilir.

Aut.az