Sən onu yedin, cibindən çıxart: İspanlar qələbəni belə qeyd etdilər – VİDEO
İspaniya Dünya Kubokunun finalına yüksəldikdən sonra futbolçular paltardəyişmə otağında qələbəni çılğınlıqla qeyd ediblər.
Aut.az xəbər verir ki, müdafiəçi Mark Kukurella komandanın oyununu emosional olaraq qiymətləndirərək deyib: “Bu, əsl ustad dərsi idi!”
Daha sonra komanda yoldaşlarından biri, ehtimal ki, Fabian Ruis, müdafiəçiyə tərəf dönüb: “Sən onu yedin! Cibindən çıxart!”
Onlar, çox güman ki, matçın böyük bir hissəsində Kukurellanın cinahında oynayan Maykl Oliseni nəzərdə tutublar. Lakin PSJ-nin yarımmüdafiəçisi oyun zamanı həmin əraziyə keçən komanda yoldaşı Usman Dembeleni də nəzərdə tutmuş ola bilərdi .
Yarımmüdafiəçi Dani Olmo isə öz növbəsində qarşıdan gələn final haqqında danışıb: “Bu, qismət idi. Biz bu səyahətə Atlantada başladıq və Nyu-Yorkda başa vuracağıq. Artıq yaxındır. Artıq yaxındır”.
Aut.az
