İspaniya

“Real” şokdadır: Millinin düşərgəsində zədələndi

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa Fransa millisinin düşərgəsində zədələnib.

Aut.az xəbər verir ki, “üçrənglilər”in məşqində 21 yaşlı yarımmüdafiəçi Usman Dembele ilə toqquşma zamanı dizindən zərbə alıb və meydanı tərk etmək məcburiyyətində qalıb.

Onun sağalma vaxtı barədə hələ heç nə məlum deyil.

Bu mövsüm Eduardo Kamavinqa “Real”ın heyətində bütün turnirlərdə 17 matçda iştirak edib, 1 məhsuldar ötürmə edib.

Aut.az