Dünya futboluAlmaniyaİngiltərə

Ərəblərin Keyn planı: Görün hansı bənddən yararlanmaq istəyirlər

“Bayern”in hücumçusu Harri Keyn Səudiyyə Ərəbistanı klubunun maraq dairəsindədir.

Aut.az xəbər verir ki, jurnalist Saşa Tavolierinin sözlərinə görə, “Əl-Hilal” mümkün transferi qiymətləndirmək üçün ingilis futbolçunun nümayəndələri ilə danışıqlara başlayıb.

Hücumçu hələlik gələcəyi ilə bağlı qərar verməyib. O, əvvəlcə Səudiyyə Ərəbistanı klubunun təklifinin idman və maliyyə nəticələrini anlamaq istəyir.

Keynin “Bayern”lə müqaviləsində üçüncü mövsümdə 65 milyon avroluq sərbəst qalma bəndi var. Buna görə də “Əl-Hilal” bu variantı aktivləşdirməyi ciddi şəkildə nəzərdən keçirir. Lakin Səudiyyə Ərəbistanı klubu hələlik rəsmi olaraq “Bayern”lə əlaqə saxlamayıb, yalnız Keynlə əlaqə saxlayıb.

Aut.az