Mbappeni dəstəklədi: “Real”da elə bir yarımmüdafiəçi yoxdur ki…
“Real Madrid”in keçmiş yarımmüdafiəçisi Klod Makelele fərdiyyətçiliyinə görə tənqid olunan Kilian Mbappeni dəstəkləyib.
Aut.az xəbər verir ki, Makelele sosial mediada yazıb:
“Mən bununla razı deyiləm. Bir çox insan Mbappeni tənqid edir. Bəli, o, komanda üçün oynayır, amma hücumçudur. Hücumçu həmişə qol vurmaq istəyir.
“Real Madrid”də topu irəli aparıb xətləri yarıb keçə bilən mərkəz yarımmüdafiəçisi yoxdur. Komandaya topu hücumçulara tez çatdıra bilən oyunçu lazımdır.
O, topu ələ etmək üçün tez-tez meydanın mərkəzinə qayıdır. Bəs onda cərimə meydançasında kim olacaq? Mbappe orada olanda qol vurur”.
Aut.az
