Ronaldonun keçmiş agenti: Yamal bircə “Qızl top” da qazana bilməyəcək, əgər…
“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun keçmiş agenti Xorxe Mendeş “Barselona”nın və İspaniya millisinin cinah oyunçusu Lamin Yamalın perspektivi ilə bağlı fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, Mendeş bu barədə “Tuttosport”a danışıb.
“Mən belə paralellər aparmağı sevmirəm, lakin Kriştiano şübhəsiz ki, təkcə Lamin üçün deyil, bütün gənc futbolçular üçün yaxşı nümunədir. Yamal meydanda və meydandan kənarda Ronaldonu nümunə götürsə, şübhəsiz ki, növbəti 20 il ərzində futbol Olimpinin zirvəsində olacaq.
Lamin, şübhəsiz ki, digərlərindən üstün olan fenomenal istedada malik oyunçudur və onun cəmi 17 yaşı var. Əgər Lamin diqqətini başqa şeylərə ayırmasa və hər an diqqətini cəmləsə, onun “Qızıl top”u qazanacağına şübhəm yoxdur. Əks halda, heç bir dəfə də bu mükafatı qazana bilməıyəcək”, – Mendeş deyib.
2024-cü ildə Yamal mövsümün ən yaxşı gənc futbolçusu mükafatını qazanıb.
Aut.az
