Görün doğum günündə Yamal özünə nə alıb – FOTO
İspaniya millisinin hücumçusu Lamin Yamal doğum günü ilə bağlı danışıb.
Aut.az xəbər verir ki, iyulun 13-də “Barselona”nın oyunçusunun 19 yaşı tamam oldu.
Bu gün, 14 iyulda, İspaniya 2026-cı il Dünya Kubokunun yarımfinalında Fransa ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“İndiyə qədər çox hədiyyə almamışam. Ən yaxşı hədiyyə yarımfinalda qalib gəlmək və final üçün Nyu-Yorka səyahət olardı”, – Yamal deyib.
Lamin mətbuat konfransına boynunda yeni bir zərgərlik əşyası – brilyantlarla bəzədilmiş ağ qızıl zəncirlə gəlmişdi.
“Bunu özüm üçün aldım, ona görə də hədiyyə sayılmır”, – Yamal deyib.
Aut.az

