Kateqoriyasız

Burada ultra sayılanlar Türkiyədə evdar qadınlardır – Mayamidəki azarkeşlər haqda

2022-ci ildə Mayamiyə köçən və yerli “İnter” klubunda filial proqramlarının səfiri kimi çalışan rusiyalı Armen Orcatsyan yerli əhalinin idmana münasibətindən danışıb.

Aut.az xəbər verir ki, Armen “Championat.com”a verdiyi müsahibədə bildirib:

“Mayamidə bütün əsas idman növlərində komandaların olması vacibdir: basketbolda “Hit”, beysbolda “Marlins”, futbolda “İnter”, xokkeydə “Panthers” və Amerika futbolunda “Dolfins”. Üstəlik, okean, restoranlar, gecə klubları və daha çox şey var. Kimisə futbol oyununa aparmaq üçün çox səy tələb olunur.

Hər bir klub kimisə ailəsi ilə birlikdə öz oyununa cəlb etmək və şənbə günü 500-600 dollar xərclətmək üçün mübarizə aparır.

Baxmayaraq ki, ümumilikdə idman burada bir ideya kimi sevilir. Və hansı komanda olması belə fərq etmir. Azarkeşlər daha rahat və mehribandırlar; hər kəs sadəcə yaxşı vaxt keçirmək istəyir.

Burada ultra hesab edilənlər Avropada adi azarkeşlər, Türkiyədə evdar qadınlardır”.

Aut.az