“Barselona” yenə də “Kamp Nou”dan ayrılır – Səbəb bəllidir
“Barselona” 2027/28 mövsümündə yenidən ev stadionu “Kamp Nou”dan ayrıla bilər.
Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Bildirilir ki, katalonlar 2027/28 mövsümünün ilk yarısında ev oyunlarının başqa bir stadionda keçirilməsi ilə bağlı La Liqaya müraciət ediblər.
Bu tələb “Barselona”nın “Kamp Nou” stadionunda yeni dam örtüyü quraşdırmaq planlarından irəli gəlir. İşlərə 2027-ci ilin iyun ayında başlamaq planlaşdırılır və dörd ay yarım çəkəcəyi gözlənilir.
“Barselona” 2027/28 mövsümünün ilk yarısında ev oyunlarını Monjuik Olimpiya Stadionunda keçirməyi planlaşdırır. Klub artıq 2023-cü ildən 2025-ci ilə qədər, “Kamp Nou”da təmir işlərinin əsas hissəsi aparıldığı dövrdə orada oynayıb.
“Barselona” ötən mövsüm öz stadionuna qayıtsa da, işlər davam edir.
Aut.az
