BasketbolKateqoriyasız

Dizindən ağır sədə almışdı, indi rəqs edir

“Los Anceles Leykers”in ulduzu, 40 yaşlı Lebron Ceyms dizindən aldığı ciddi zədədən cəmi üç həftə sonra məclisdə rəqs edərkən görüntülənib.

Aut.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Lebron rəqs meydançasında dizlərini əyərək sərbəst hərəkət edib.

Xatırladaq ki, Milli Basketbol Assosiasiyasının (NBA) aprelin 30-da “Minnesota” ilə oyunda Lebronun sol dizindəki medial girov bağının ikinci dərəcəli burxulması olduğu açıqlamışdı. ESPN-in daha əvvəl xəbər verdiyi kimi, həkimlər Lebronun sağalması üçün təxminən beş həftə vaxt lazım olacağını proqnozlaşdırırlar.

Aut.az