Basketbol

Yeni mövsüm ulduz oyunçusuz başlayacaq? – Hələ də…

2017-ci ilin ən dəyərli NBA oyunçusu Rasel Vestbruk karyerasında ilk dəfə ən yaxşı liqada komandası olmadan qala bilər.

Aut.az xəbər verir ko, hazırda 36 yaşlı oyunçu sərbəst agent statusundadır və heç bir klub hələ ona müqavilə təklif etməyib. Yeganə potensial namizəd isə “Sakramentо Kinqs” hesab olunur. Vestbruk yeni mövsüm başlamazdan əvvəl komandasız qala bilər.

“Biz hələ də “Sakramento”da hansı addımlar atılacağını gözləyirik. Bu, Vestbruk üçün nəzərdən keçirilən yeganə klub idi və hələ də onun NBA-də oynayacağı təqdirdə ən ehtimal olunan ünvan sayılır”, – deyə “BasketNews”da yaymlanan xəbərdə qeyd edilib.

Ötən mövsümü Rasel Vestbruk “Denver Naggets” komandasında keçirib. 75 oyun ərzində o, orta hesabla 13,3 xal, 4,9 ribaund və 6,1 asist göstərib.

Aut.az