Dünya futbolu

10 ildir millidə çalışırdı – Mama-ginekoloq olduğu ortaya çıxdı

Seneqal Futbol Federasiyasının prezidenti Abdulay Fal bildirib ki, 10 il Seneqal milli komandasında çalışmış həkim Fedior əslində ixtisasca ginekoloqdur.

Aut.az xəbər verir ki, onun sözləri AS tərəfindən sitat gətirilib:

“Bu yaxınlarda öyrəndim ki, doktor Fedior əslində ixtisasca ginekoloq və mama-ginekoloqdur. Baş həkimimizin oyunçularımıza nəzarət etmək üçün müvafiq akademik ixtisası yoxdur.

Bu səviyyədə, aldığım şərhlərə görə, oyunçular ona etibar edə biləcəklərinə və ya sağlamlıqlarını daim izləyəcəyinə tam əmin deyildilər”.

Qeyd edildiyi kimi, milli komandanın düşərgəsində daxili audit aparılıb və tibb işçisinin təhsil səviyyəsi aşkarlanıb.

Seneqal millisi Dünya Kubokunda 1/16 final mərhələsində Belçikaya uduzaraq (2:3) mübarizəni dayandırıblar.

Aut.az