İngiltərə

İngiltərə millisində tarixin ən yaxşısı odur – Bellinqem adını açıqladı

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem milli Harri Keyni tərifləyərək onu İngiltərə millisinin tarixində ən yaxşı oyunçu adlandırıb.

Aut.az xəbər verir ki, “Give Me Sport” Bellinqrmin sözlərini sitat gətirib:

“Harri ilə son dörd-beş ildə, xüsusən də Qətərdə keçirilən Dünya Kubokundan sonra daha yaxından oynamağa başladıq, yaxşı münasibətlər qurduq. Onunla eyni komandada oynamaq böyük şərəfdir. Mənim üçün o, İngiltərə millisinin tarixinin ən yaxşı oyunçusudur.

Onunla birlikdə oynayanda özümü çox rahat hiss edirəm. O, inanılmaz səviyyədədir. Ona heç vaxt şübhə etmirsən. Hətta matç zamanı çox da görünməsə belə, yenə də fərq yarada bilər”.

Keyn İngiltərə milli komandasının bütün zamanların ən çox qol vuran oyunçusudur. 2023-cü ilin mart ayında o, 54-cü qolu ilə Ueyn Runinin rekordunu qırdı və hazırda milli komandada 119 oyunda 85 qola imza atıb.

Aut.az