Almaniya

Mahir oynadı?

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” yoxlama oyununa çıxıb. Komanda II Liqa təmsilçisi “Sandhauzen”lə qarşılaşıb.

Aut.az xəbər verir ki, 8 qolun vurulduğu matç “Kayzerslautern”in qələbəsiylə başa çatıb – 5:3. Görüş hər biri 30 dəqiqə olmaqla dörd hissədən ibarət olub.

Mahir matçın 31-ci dəqiqəsində zədələnən Skittanın əvəzinə oyuna daxil olub və meydanda bir hissə qalıb.