Boks

London meri meqadöyüşə icazə vermir – Turki açıqladı

Səudiyyə Ərəbistanının Əyləncə üzrə Baş İdarəsinin rəhbəri Turki Əl-əş-Şeyx bildirib ki, hələlik London hakimiyyətindən Tayson Fyuri (35-2-1, 24 nokaut) və Entoni Coşua (29-4, 26 nokaut) arasında döyüşün keçirilməsi üçün icazə almayıb.

Aut.az xəbər verir ki, o, bu barədə “X” hesabında məlumat verib.

Turki əvvəllər belə bir duelin boksçuların doğma meydanında keçirilməli olduğunu bildirmişdi.

Əl-Şeyx yazıb: “Ümid edirik ki, əgər Fyuri ilə Coşua arasında döyüş daha sonra keçirilərsə, London merinin ofisindən müsbət bir açıqlama olacaq. Çünki bizə bu mərhələdə bunun mümkün olmadığı deyilib”.

Xatırladaq ki, Coşua və Fyuri döyüşün 2026-cı ilin dördüncü rübündə baş tutması üçün müqavilə imzalayıblar. Promouter Frank Uorrenin sözlərinə görə, meqadöyüş 2026-cı ilin oktyabr ayında baş tutacaq.

Döyüşün ABŞ-da baş tutması ehtimalı barədə də söhbətlər var idi, lakin insayder Den Rafael bu şayiələri təkzib etdi.

Aut.az