Dünya çempionu dopinqdə “ilişdi”
Yüngül çəkidə (50,8 kq-a qədər) WBC versiyası üzrə dünya çempionu meksikalı Xulio Sezar Martines (21-3, 15 KO) dopinq-testdən keçə bilməyib.
Aut.az “The Ring”ə istinadən xəbər verir ki, Martines hazırda son döyüşünün keçirildiyi Nevada Ştat Atletika Komissiyası tərəfindən vəziyyətin aydınlaşdırılmasına qədər saxlanılıb.
Qeyd edək ki, boksçu buna qədər 2019-cu ildə bədənində klenbuterol aşkarlananda dopinq qalmaqalının iştirakçısı olub.
Julio Sezar Martinezin 29 yaşı var. Meksikalı peşəkar debütünü 2013-cü ildə edib və 2019-cu ilin avqustunda dünya titulu uğrunda mübarizə aparıb. Lakin britaniyalı Çarli Edvards ilə döyüşə qatılmayıb. Dörd ay sonra Martines WBC kəmərini qazanıb O, bu titulu 6 dəfə uğurla müdafiə edib.
Aut.az
