Qaydasız döyüş

Gürcü rusa müraciət etdi: Qayıt gəl, döyüşək

Gürcü UFC döyüşçüsü Merab Dvalişvili rusiyalı Petr Yana qarşı mümkün titul trilogiyası barədə danışıb.

Ötən ilin dekabr ayında Dvalişvili revanş döyüşündə Yana məğlub olaraq titulunu itirdi. İyun ayında Petr planlı əməliyyat keçirdi və hazırda sağalma mərhələsindədir.

Aut.az xəbər verir ki, Dvalişvili “MMA Fighting”ə verdiyi müsahibədə deyib:

“Avqustda döyüşəcəyimi düşünmürəm. Petr Yandan da heç nə eşitməmişəm. Sadəcə onu gözləyirəm və tezliklə geri dönməsi üçün dua edirəm. Bilmirəm.

Petr, tezliklə qayıt, qardaş! Gəl döyüşək! Mən döyüşmək istəyirəm. Gedək”.

11 iyulda Merab Dvalişvili Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək RAF turnirində amerikalı Henri Sehudo ilə döyüşəcək.

Aut.az