DÇ-2026-da irqçilik: FİFA argentinalılarla bağlı araşdırma aparır
FİFA Argentina və Kabo-Verde arasında keçirilən Dünya Kuboku matçında azarkeşlərin irqçi davranışı ilə bağlı araşdırma başladıb.
Aut.az xəbər verir ki, BBC-nin məlumatına görə, təhqirlərin hədəfi tribunada olan amerikalı strimer IShowSpeed (Darren Uotkins) olub. Bir qrup argentinalı azarkeş bloqçuya irqçi təhqirlər yağdırıb. Bir azarkeş də canlı yayımı izləyərkən meymunu təqlid edib.
FİFA cinayətkarları müəyyən etmək üçün video yazıları və şahid ifadələrini araşdırır. Hüquq-mühafizə orqanları ilə birlikdə günahkar bilinənlərə qarşı stadionlara qadağa da daxil olmaqla intizam tədbirləri görüləcək.
Aut.az
