Dünya futbolu

Şübhəsiz ki, dünyanın ən yaxşısı odur – Enrike kimi deyir?

Hazırda PSJ-yə rəhbərlik edən Luis Enrike Klublararası Dünya Çempionatının 1/4 final mərhələsi çərçivəsində “İnter Mayami”yə qarşı keçirəcəkləri oyun öncəsi futbol tarixinin ən yaxşı futbolçusu ilə bağlı sualı cavablandırıb.

Aut.az xəbər verir ki, Enrikenin sözlərini “All About Argentina” sitat gətirib.

“Mənim üçün, şübhəsiz ki, Lionel Messi tarixin ən yaxşı futbolçusudur. Onun zirvəsi 10-15 il davam edib, o, tarixin ən böyük oyunçusu üçün etalondur. Onun bu illər ərzində uzunömürlü olması, hər üç gündə bir ən yüksək səviyyədə çıxış etməsi heyranedicidir. Mən Messinin məşqdə digərləri ilə müqayisədə başqa səviyyədə olan işlər etdiyini görmüşəm”, – Enrike deyib.

Enrike daha əvvəl “Barselona”nı çalışdırarkən Messi onun rəhbərliyi altında oynayıb.

Aut.az