“Yuventus” ona qiymət “kəsdi”
Yarımmüdafiəçi Kefren Tyuram yayda “Yuventus”dan ayrıla bilər.
Aut.az xəbər verir ki, jurnalist Alfredo Peduqlianın sözlərinə görə, Turin klubu yay transfer pəncərəsində fransız futbolçu ilə yollarını ayırmağa hazırdır. “Yuventus” yarımmüdafiəçinin satışından təxminən 45 milyon avro (üstəgəl bonuslar) əldə etməyi gözləyir.
Kefren 2024-cü ildə 20 milyon avroya “Nitsa”dan “Yuventus”a keçib. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir. 2025/26 mövsümündə yarımmüdafiəçi Turin klubunda bütün yarışlarda 45 oyunda iştirak edib, dörd qol vurub və beş məhsuldar ötürmə edib. “Transfermarkt” Tyuramın dəyərini 38 milyon avro olaraq qiymətləndirir.
Aut.az
